Duzdağ Fizioterapiya Mərkəzi

“DUZDAĞ” OTEL FİZİOTERAPİYA MƏRKƏZİ

“DUZDAĞ” Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə fəaliyyət göstərir. Fizioterapiya Mərkəzimiz otelimizdən 2 km uzaqliqdadır. Magara icərisində Naxcıvan Muxtar Səhiyyə Nazirliyinin və “Duzdağ” Otelinin Fizioterapiya mərkəzində, 2 ayrı bölümdən ibarət, Müalicə Mərkəzi vardır. “Duzdağ” Otel Fizioterapiya Mərkəzi, beton bloklardan ibarət hava axımını kəsməyən, xəstələrin bütün ehtiyacları düşünülmüşdür. Yaradılmış cəmi 5 qalereyaya paylaşmış 5 ulduzlu oteldə 47 otaq, 128 yataq, kafeteriy, TV-salon və kitabxanadan ibarət kompleksimiz xidmət göstərməkdədir. “Duzdağ” Otelinin Fizioterapiya mərkəzində həkim, 24 saat mühafizə, təmizlik Sizin xidmətinizdədir. Müalicə olunan xəstələrimiz tibb personalın nəzarətində olurlar. Gundüz saatlarında otelimizin rahat komfortlu otaqlarında Siz istirahət edə bilərsiz. Ğünün yorğunluğunu, gərginliyini otelimizdə yerləşən Aqua-parkda, acıq və qapalı havuzlarında, basketbol, futbol meydançalarında, tenis kortlarında və sağlamlıq mərkəzlərində atabilərsiniz.

“FİZİOTERAPİYA” HAQQINDA MƏLUMAT

Ötən əsrin ikinci yarısının əvvəllərindən isə dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicənin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir            “Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir.  Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. 

Duzdağ Fizioterapiya Mərkəzi
Duzdağ Fizioterapiya Mərkəzi

Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtalan da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. Naxçıvan Respublika Fizioterapiya xəstəxanası dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən Duzdağ Fizioterapiya Mərkəzinə - 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə - 2.4 km-dir.

Yeraltı şöbənin mikroiqlimi aşağıda göstərilir:

  • Dəniz səviyyəsindən yüksəkliyi - 1173 m
  • Temperatur - 18-20 C
  • Atmosfer təzyiqi - 740 mm.c.st
  • Nisbi rütubət 24-50%
  • Hava sürəti 0-0,1 m/s
  • Yüksək dispersli Na+,CI+ ionları
    • xəstə olmayanda - 17,5 mq/m3
    • xəstə olanda - 12,5 mq/m3
  • Oksigen 20%
  • Küy 15-20 DB
  • Duzdağ duzunun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04% MqCI - 0,06%-dir.
Duzdağ Fizioterapiya Mərkəzi