Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

 

“DUZDAĞ” OTEL FİZİOTERAPİYA  MƏRKƏZİ

“DUZDAĞ” Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə  fəaliyyət göstərir.
Fizioterapiya Mərkəzimiz  otelimizdən  2 km uzaqliqdadır.
Magara icərisində  Naxcıvan Muxtar Səhiyyə Nazirliyinin   və  “Duzdağ” Otelinin  Fizioterapiya mərkəzində, 2 ayrı bölümdən ibarət,  Müalicə Mərkəzi vardır. “Duzdağ” Otel Fizioterapiya  Mərkəzi, beton bloklardan ibarət  hava axımını kəsməyən,  xəstələrin bütün ehtiyacları düşünülmüşdür. Yaradılmış cəmi 5 qalereyaya paylaşmış 5 ulduzlu oteldə  47 otaq, 128 yataq, kafeteriy, TV-salon və kitabxanadan ibarət kompleksimiz  xidmət göstərməkdədir.
“Duzdağ” Otelinin  Fizioterapiya mərkəzində  həkim,  24 saat mühafizə, təmizlik  Sizin xidmətinizdədir.  Müalicə olunan xəstələrimiz tibb personalın nəzarətində olurlar. Gundüz  saatlarında  otelimizin  rahat komfortlu otaqlarında Siz istirahət edə bilərsiz. Ğünün  yorğunluğunu, gərginliyini otelimizdə yerləşən  Aqua-parkda,  acıq və qapalı  havuzlarında,  basketbol, futbol meydançalarında,  tenis  kortlarında  və  sağlamlıq  mərkəzlərində  atabilərsiniz.

“SPLEOTERAPİYA” HAQQINDA  MƏLUMAT

Ötən əsrin ikinci yarısının əvvəllərindən isə dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicənin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir            “Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir.  Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtalan da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər.
Naxçıvan Respublika Fizioterapiya xəstəxanası dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən  Duzdağ Fizioterapiya Mərkəzinə - 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə - 2.4 km-dir.

Yeraltı şöbənin mikroiqlimi aşağıda  göstərilir:

    1)  Dəniz səviyyəsindən yüksəkliyi - 1173 m
    2)  Temperatur - 18-200 C
    3)  Atmosfer təzyiqi - 740 mm.c.st
    4)  Nisbi rütubət 24-50%
    5)  Hava sürəti   0-0,1 m/s
    6)  Yüksək dispersli Na+,CI+ ionları

         -   xəstə olmayanda - 17,5 mq/m3
         -   xəstə olanda  - 12,5 mq/m3   

    7)  Oksigen 20%
    8)  Küy 15-20 DB
    9)  Duzdağ duzunun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04% MqCI - 0,06%-dir.

Xəstələr şaxtada olduqda temperatur 0-50C, nisbi rütubət isə 5-10% arta bilər.

 

Yeraltı şöbəsi  9 şaxtadan ibarətdir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. vardır. Naxçıvan Fizioterapiya Xəstəxanasında xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 1800-dan - 800-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir.
    Müalicə başa çatdiqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.
Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədcicən azaldılır) . Spleoterapiya xəstədə boğulma tutmaları”) olmayan dövrdə və ya remissiya dövründə aparılır.
Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında spleoterapiya kursu keçmək üçün göstəriş və əks göstərişləri tərtib edilmişdir.
     Naxçıvan Respublika Fizioterapiya xəstəxanasının müalicəvi təsiri, digər Duz  şaxtalarından üstünlüyü ondadır  ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Xəstəxanada yeraltı şöbənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0-0,1m/san yaxındır.  Şaxtada təbii yüksək disperli Na+CI+ ionları sabitdir. Mikrob cisimləri şaxtada çox azdır. Xəstəxananın yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı) ümumiyyətlə yoxdur.

Spleoterapiya almaq üçün aşağıdakı göstəriş və əks göstərişlər vardır:
     Göstərişlər:

    1)   Predastma                                               
    2)   Bronxial astma I mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır           dərəcəli
    3)   Bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək           çatışmamazlığı I mərhələ.              
    4)   Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki           pnevmoniya l-ll mərhələ  (remissiya fazası).
    5)   Xroniki bronxit astmatik komponentlə remissiya fazası.
    6)   Allergik rinosinusopatiyalar.
    7)   Pollinozlar.   

     Mütləq əks göstərişlər:

    1)   Bronxial astma II mərhələ.                                                                    
    2)   Bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüs            çafmamazlığı III mərhələ, ürək çatmamazlığı III mərhələ.
    3)   Bronxoektaziya xəstəliyi.
    4)   Ağ ciyərlərin absesi və qanqrenası.
    5)   Ağ ciyərlərin vərəmi (bütün forma və mərhələlərdə).
    6)   Qan dövranının çatmamazlığı III mərhələ.
    7)   Ürək qüsurları subkompensasiya və dekompensasiya fazası.
    8)   Hipertoniya xəstəliyi III mərhələ.
    9)   Mədə və 12 barmaq bağırsağın yara xəstəlikləri.
    10) Tireotoksikoz.
    11) Böyrək daşı xəstəliyi.
    12) Anemiyalar.
    13) Şəkər xəstəliyi ll-lll mərhələ (İnsulindən asılı olan)

Nisbi əks göstərişlər isə bunlardır:

     1)  Yuxarı və aşağı ətrafların olmaması.
     2)  Enurez.
     3)  Xroniki poliartritlər.
     4)  Burun boşluğunun anatomik dəyişiklikləri (polip, adenoidlər)
     5)  Xroniki hepatoxolesistitlər.

 Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, bəzilərində isə yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir.
     Bronxial astmalı şəxslərdə spleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir; quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur; yuxuları yaxşılaşır (gecə boğulma tutmaları azalır və ya kəsilir), təngənəfəslik azalır; qanda leykositlərin və eozonofillərin artmış miqdarı azalır; bəlğəmdə eozonofillər azalır; eritrositlərin çökmə sürəti normaya düşür və ya azalır; ağ ciyərlərin bir dəqiqəlik tənəffüsü azalır; bronx yolları təmizlənir (xəstələr havanı daha rahat alırlar); nəbzləri normallaşır və ya taxikardiya narahat etmir; sistolik və diastolik təzyiq nisbətən aşağı düşür (şaxtanın hipotenzif təsirini qeyd etməmək mümkün deyil).
    Elektrokardioqrammada yüksəlmiş T dişinin amplitudası nisbətən azalır. Qanın plazmasında sərbəst histaminin miqdarı azalır; histaminaza isə artır; histidindekorboksilaza azalır; nisbətən çox itirilmiş kalium bərpa olunur; kalsiumun və natriumun artmış miqdarı aşağı düşür.
Bronxial astmalı xəstələrdə terapevtik effekt şaxtanın xüsusi mikroklimatı, allergenlərin olmaması (allergen-allergik reaksiyaları törədən bir faktordur), havada aerozol şəkildə Na+ və Cl+ ionlarının olması nəticəsində yaranır. Daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektorik təsir göstərilir. Allergik reaksiyaların zənciri qırılır və nəticədə kliniki, biokimyəvi effektlər yaranır.

  “DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİNİN  
         BAŞ  HƏKİMİ   :   R. SÜLEYMANOV