Duzdağ massivində yerləşən “Duzdağ” oteli Naxçıvan Beynəlxalq Hava limanına 18 km, Naxçıvan şəhərinin mərkəzinə 10 km, Duzdağ Fizioterapiya mərkəzinə isə 2 km məsafədə yerləşir. Əsrarəngiz gözəlliyə malik olan “Duzdağ” oteldə tariximizin zənginliyini, incisini əks etdirən guşə öz əksini tapmışdır ki, bu da şəhərimizə gələn qonaqların Naxçıvan torpağının qədimiliyinin ilk tanışlığının mənzərəsini nümayiş etdirir. Qonaqlar burada özünü tariximizin ən zəngin məqamlarına səyahət etmiş kimi hiss edirlər. 2008- ci il tarixdən fəaliyyətə başlayan “Duzdağ” otel 6 mərtəbədən ibarət olmaqla, burada ümumilikdə 151 otaq fəaliyyət göstərir. 100 standart, 8 suit, 35 kiçik suit, 1 kral dairəsi, 7 villa qonaqların yüksək rahatlığına xidmət edir. Ətraflı
Duzdağ massivində yerləşən “Duzdağ” oteli Naxçıvan Beynəlxalq Hava limanına 18 km, Naxçıvan şəhərinin mərkəzinə 10 km, Duzdağ Fizioterapiya mərkəzinə isə 2 km məsafədə yerləşir. Əsrarəngiz gözəlliyə malik olan “Duzdağ” oteldə tariximizin zənginliyini, incisini əks etdirən guşə öz əksini tapmışdır ki, bu da şəhərimizə gələn qonaqların Naxçıvan torpağının qədimiliyinin ilk tanışlığının mənzərəsini nümayiş etdirir. Qonaqlar burada özünü tariximizin ən zəngin məqamlarına səyahət etmiş kimi hiss edirlər. 2008- ci il tarixdən fəaliyyətə başlayan “Duzdağ” otel 6 mərtəbədən ibarət olmaqla, burada ümumilikdə 151 otaq fəaliyyət göstərir. 100 standart, 8 suit, 35 kiçik suit, 1 kral dairəsi, 7 villa qonaqların yüksək rahatlığına xidmət edir. Otaqlarla son model avadanlıqlarla birgə, televizor, telefon xətti, sürətli Wİ-Fİ intrnet xətti, mini bar, etibarlı seyflə təchizatı, Qonaqların istirahətlərinin xoş və mənalı keçirilməsi üçün SPA və Fitness mərkəzi, stolüstü oyunlar, mini futbol və tennis, basketbol meydançası, geniş aqua park,mini olimpik hovuz vəs. qonaqların xidmətinə verilmişdir.. Sifarişlərlə əlaqədar, hava limanından qarşılanma,şəhərin görməli yerlərinə şəhər turu, tarixi və dini abidələrə, təbiət qoruqlarına səyahət xidməti də göstərilir. Zəngin menyusu,yüksək servisi ilə açıq bufe, Azərbaycan mətbəxinin ləziz təamları ilə yanaşı, Dünya mətbəxinin də nadir inciləri burada təklif olunur. Həyətyanı sahədə yerləşən 300 nəfərdən çox tutum həcminə malik olan “Duzdağ” restoranı toy, nişan məclislərinin, ad günlərinin, yubleylərin, əlamətdar günlərin, tədbirlərin, əyləncəli gecələrin keçirilməsində əhalinin və qonaqların möhtəşəm ünvanına çevrilmişdir. “Duzdağ” otelinin aqua park ərazisi həyətyanı sahəsində yay mövsümü üçün nəzərdə tutulmuş açıq səma konsertlərinin,əyləncəli gecələrin, tədbirlərin keçirilməsi üçün möhtəşəm səhnə istifadəyə verilmişdir ki, bu əhalinin,şəhrimizə gəlmiş qonaqlqrın asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə xidmət edir. Yerli və xarici müğənillərin konsertlərinin,rəngarəng çıxışlarının gözəlliyi , insanların istirahətində və əhval-ruhiyyəsinədə böyük əhəmiyyət kəsb edir. “Duzdağ” oteldə balaca sakinlərin də (uşaqların) istirahəti nəzərə alınaraq hər cür şərait yaradılmış, uşaqlaın əylənməsi üçün lazımi avadanlıqlarla təhciz edilmişdir. Bununla yanaşı “Duzdağ” otelin “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə məqsədilə müraciət edən xəstələr üçün də geniş şərait yaradılmış, burada fəaliyyət göstərən profesional həkim müayinəsinin təyinatı əsasında müalicələrin qəbul edilməsi işi həyata keçirilir. Təyin olunmuş müalicələr əsasında oteldən birbaşa “Duzdağ” Fizioterapiya Mərkəzinə servis xidmətləri göstərilir. Maşınların saxlanılması üçün və mühafizəçilər tərəfindən qorunan 24 saat park xidməti fəaliyyətdədir. Bağla
Sahəsi 28 m2, peyk yayımlı TV,kabelsiz İnternet, telefon, mərkəzi kondinsioner, minibar, seyf, Duş kabin , tualet, Makyaj stolu, saç qurutma ücün fen
Sahəsi 42 m2, peyk yayımlı TV, kabelsiz İnternet, telefon, mərkəzi kondinsioner, minibar, oturma dəsti, seyf, Vanna, Duş , tualet, Makyaj stolu, saç qurutma ücün fen
Sahəsi 80 m2,1 Yataq otağı, 1 salon, bar, Soyuducu, Peyk yayımlı 2 tv, kabelsiz İnternet, telefon, mərkəzi kondisioner, ,Salonda Oturma dəsti, Yemək stolu, seyf, 2 Duş kabini, 2 tualet , Makyaj stolu, saç qurutma ücün fen
Sahəsi 90 m2, 1 böyüklər üçün Yataq otağı , 1 “Twinbed” tipli (cüt çarpayılı) yataq otağı, 1 Salon, Peyk yayımlı 2 TV, kabelsiz İnternet, telefon, split kondisioner, ,Salonda Oturma dəsti, Yemək stolu, seyf, Duş vannası , tualet, Makyaj stolu, saç qurutma üçün fen.
Sahəsi 170 m2,1 Yataq otağı, İş otağı. 1 böyük salon, bar, Soyuducu, Mətbəx. Peyk yayımlı 2 tv, kabelsiz İnternet, telefon, mərkəzi kondisioner, ,Salonda 2 Oturma dəsti, Yemək stolu, seyf, Duş kabini, 2 tualet , Makyaj stolu, saç qurutma ücün fen
Gözəl bir səfər üçün çox gözəl oteldir. Otaqlar çox təmiz, atmosfer çox gözəl idi. Otel heyəti çox gülərüz və qonaqpərvər idilər. Səhər yeməyi dadlı idi. Belman-a xüsusi minnətdarlıq bildirik. Naxçıvan haqqında yaxşı məlumat verdi. Naxçıvana yenidən gəldiyimiz zaman Duzdağ otelini seçəcəyik.