Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

Hovuz :
Bir hovuz -  yarı olimpik,  1 ədəd  isidilə bilən, 1 ədəd  bağlı hovuz,  1  -Aquaparklı acıq  hovuz ,1 jakuzi hovuzu olmaq üzrə-  Cəmi 4 Hovuz var.


Mini Futbol Sahəsi :
1 ədəd Suni çimən  xalı sahəsi


Basketbol :
1 ədəd basketbol sahəsi.


Tennis :
1 ədəd beynəlxalq ölçüdə tennis meydançası


Oyun Zalı :
Bilyard, Langırt, Stolüstü Tennis, “Air Hockey”.


Uşaq Oyun Zalı :
(0-8) Yaş arası uşaqların əylənə biləcəyi oyun zalı


İdman Zalı :
25 ədəd  professional alətlərdən ibarət  idman zalı


Canlı Musiqi :
Restoranımızda canlı musiqi ilə birlikdə yemək xidməti verilməkdədir.


SPA Mərkəzi :
Spa mərkəzimizdə bir çox sağlamlıq və masaj xidmətləri təqdim edilməkdədir.


Türk Hamamı :
Cüt  göbək  daşlı Türk hamamında kisə və  masaj: Kisə ilə məsamələrin açılmasını, ölü dərilərinin atılmasını, dərini bakteriyalardan təmizləyərkən bədənin açılıb nəfəs almasını təmin edir. Dərinizə canlılıq, sağlamlıq və parlaqlıq qazandırır. Bədəndəki mənfi enerjinin müsbət enerjiyə çevrilməsini təmin edir. SPA baxımlarına başlarkən bədənin SPA tətbiqlərindən ən mükəmməl şəkildə faydalanması üçün ideal mühiti hazırlayar və günəş allergiyası riskini azaldır.


Sauna :
Kalori yandırar, Qan dövranını sürətləndirər, dərin və rahat  yuxu gətirər.  Zərərli toksinlərini dəri deşiklərindən təmizləyər, stressi cıxarar.



Buxar Duşu :
Dəri təmizliyi üçün lazımı  istilikdə möhkəmləşmiş dərinin boşaldığını hiss edəcəksiniz. Buxar duşu mənfi enerjini müsbət enerjiyə çevirərkən məsamələrinizin açılmasını təmin edər. Yorğun  əzələlər və oynaqlar buxarın təsiri ilə boşalar və yerini rahatlamağa buraxar. Buxar duşu bədəndə gümrahlığı və zehinin də canlılığını təmin edər.

 

Jakuzi :
Qan dövranını sürətləndirərkən və bədəndə doğan toksinləri dəri vasitəsi ilə bədəndən cıxardar. Eyni zamanda dəriyə qədər uzanan sinir uclarının xəbərdar edilməsi nəticəsində bəzi ağrıların dayanmasına, gündəlik həyatın gərginliyindən uzaqlaşmanıza köməkçi olar. Ayrıca,  idman fəaliyyətlərindən sonra və ya stressli,  yorucu bir günün sonunda hidromasaj, insan bədəninin köhnə dinamizmini qazanmasında çox əhəmiyyətli rol oynayır. Zehnin rahatlamasını  təmin edir.