Duzdağ mağarasında 7 günlük 1 nəfər üçün müalicə paketinin qiyməti otaq növündən asılı olaraq dəyişir və qiymətə aşağıdakı xidmətlərdən istifadə daxildir:
- Hava limanı transferi (qarşılama / yola salma)
- Mağara transferi,
- Gün ərzində 3 dəfə açıq büfe yemək
- Gün ərzində 2 dəfə çay fasiləsi,
- Hotelin Aquaparkından istifadə,
- Hotelin Spa və Sağlamlıq mərkəzində olan xidmətlərdən (spa, sauna, türk hamamı, hovuz) istifadə.
Mağarada astma xəstəliyinin müalicəsi yüksək səviyyədə effektivdir, adətən ilk seansdan sonra xəstəliyə qarşı maksimum 5-7 ay remissiya müddəti qazanılır. İldə ən az 2 seans olmaqla, 4 il müddətində mütəmadi olaraq mağarada müalicə aldıqda isə 80-90% xəstələrdə tam sağalma müşahidə olunur.
Allergik rinitdən əziyyət çəkən xəstələr üçün yazın son aylarında (Aprel və may) aparılan müalicə daha yaxşı təsir bağışlayır. Lakin, bununla belə yay aylarında müalicə aparılması da uyğundur.
Astmatik və allergik bronxit, faringit xəstəliklərindən əziyyət çəkən xəstələr üçün isə mağarada müalicənin aparılması ildə 2 dəfə - ilk seans aprel-may aylarında, ikinci seans sentyabr ayında olmaqla məsləhət görülür. Bu xəstəliklərin müalicəsi üçün il ərzində bir dəfə gəlməsi mümkün olan qonaqların isə yazın son aylarından başlayaraq oktyabr ayınadək olan müddətdə müalicə alması daha uyğundur.
Əks göstərişi olmayan, təyinat verilmiş pasientlərdə mağarada müalicə almağın heç bir əks təsiri müşahidə olunmur. Hipertenziv (sistolik təzyiq 150 və üzəri olduqda) xəstələr, şəkərli diabet xəstələri, 1 yaşınadək körpələr, hamiləlik müddətində olan qadınlar, yüksək dozada zəhərli zobdan əziyyət çəkən xəstələr üçün əks göstəriş müşahidə olunur. Bu xəstələrin mağaraya giriş etməməsi tövsiyyə olunur.
Mağarada Spleoterapiya (duz terapiyası) ilə astmatik xəstələrlə yanaşı, allergik AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi), rinit, allergik faringit, kəskin və xroniki bronxit, həmçinin bir sıra dəri xəstəlikləri – dermatit, psorioz, ekzema) kimi bir çox xəstəliklərin müalicəsi mümkündür.
Bir yaşından yuxarı istənilən şəxs duz mağarasında müalicə üçün müraciət edə bilər.
Altı yaşınadək uşaqlar üçün heç bir ödəniş edilmir.
Bəli, mağara daxilində çay fasiləsi vermək üçün kafe mövcuddur. Qeyd edək ki, qonaqların istirahəti üçün kafedə yüksək sürətli wi-fi şəbəkəsi də quraşdırılmışdır.
Bəli, daimi müştərilərimiz üçün xüsusi endirimlərimiz mövcuddur. Bununla yanaşı, qış ayları ərzində endirimli qiymətlər aktiv olur. Sosial media səhifələrimizi izləyərək, yeni məlumatlar və endirimli qiymətlərlə mütəmadi olaraq tanış ola bilərsiniz.
Rezervasiya bölməsinə keçid edərək, qalacağınız müddəti, otağı və digər göstəriciləri işarələməklə bron edə bilərsiniz.
Bəli, gün ərzində 3 dəfə qidalanma hotel nömrəsinin qiymətinə daxildir.
- Rezervasiya otelə giriş edəcəyiniz tarixdən 3 gün öncəyədək ləğv edilərsə, bu halda ödənişin 90%-i hesabınıza geri qaytarılır.
- Rezervasiya otelə giriş edəcəyiniz tarixdən 1 gün öncəyədək və ya həmin gün ləğv edilərsə, bu halda ödənişin 50%-i hesabınıza geri qaytarılır.
Rezervasiyanın ləğv edilməsi bəyan edildiyi gündən 30-60 iş gününədək (bank iş günü) hesabınıza geri qaytarılır.
Belə bir hal ilə rastlaşdıqda, onlayn rezervasiya məlumatlarınızı ön ofis menecerinə təqdim edərək bronu təsdiqlədə bilərsiniz.
Hotelə giriş proseduru 14:00-da, çıxış proseduru isə 12:00-dək baş tutur.
Hoteldə olan mövcud sıxlığa uyğun olaraq, ön ofis meneceri bununla bağlı sizə öncədən məlumat bildirəcəkdir. Hər bir halda əşyalarınızı hotelə yerləşdirərək, hotelin qonaqlama zalında giriş vaxtınız çatanadək gözləyə bilərsiniz.
Hoteldə olan mövcud sıxlığa uyğun olaraq, ön ofis meneceri bununla bağlı sizə öncədən məlumat bildirəcəkdir. Hər bir halda əşyalarınızı hotelə yerləşdirərək, hotelin qonaqlama zalında çıxış vaxtınız çatanadək gözləyə bilərsiniz.
Qeydiyyat masası qonaqlarımızın hər bir ehtiyacını qarşılamaq üçün 7/24 xidmətinizdədir.
Hoteldə hər hansı bir əşyanı itirdikdə və ya unutduqda, bununla bağlı ilk öncə otelin qeydiyyat bölməsinə məlumat bildirməyinizi xahiş edirik. Əməkdaşlarımız araşdırıb, sizə daha dəqiq məlumat bildirəcəkdir.
Hotelimiz daha çox müalicə alan pasientlər tərəfindən bron edildiyi üçün, onların da sağlamlığını düşünərək təəssüf ki, hotel və ya otaq daxilində siqaret çəkilməsinə icazə verilmir.
Təəssüf ki, qrup rezervasiyalarında hal-hazırda xüsusi endirim və ya güzəştlər mövcud deyil.
Fiziki məhdudiyyətli qonaqlarımız daim hotel daxili liftdən istifadə edə bilər. Bununla yanaşı, onların rahatlığını təmin etmək üçün hotel personalı hər zaman xidmət göstərməyə hazırdır.
Otaq növünə uyğun olaraq əlavə çarpayı sifariş etmək mümkündür.
Hotelimizdə səhər yeməyi açıq büfe şəklində servis edilir. Açıq büfeyə səhər yeməyinə daxil olan bütün təamlar aiddir.
Bəli, mümkündür.
Bəli, hotelimizdə fərdi istifadəniz üçün hər bir şərait nəzərə alınmışdır. Qonaqlarımız camaşırxana və ütü xidmətindən ödənişsiz şəkildə istifadə edə bilər.
Bəli, otaq növündən asılı olmayaraq qonaqlarımız sürətli internetdən istifadə edə bilər.
Bəli, hotelin birinci mərtəbəsində Naxçıvanbanka məxsus ATM mövcuddur.
Bəli, Naxçıvan Beynəlxalq Hava Limanı hotelimizdən 18 km məsafədə yerləşir.
Təəssüf ki, hava limanında hotelə gəlmək üçün heç bir avtobus xətti mövcud deyil. Lakin, hotelin transfer xidmətini bron etdiyiniz halda personalımız sizi hava limanından qarşılaya və yola sala bilər.
Bəli, hotelin qarşısında salınmış saxlama zolağında şəxsi avtomobilinizi park etməyiniz mümkündür.
Bəli, Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrini ziyarət etmək üçün müxtəlif turlar təşkil olunur. Personalımıza bildirdiyiniz halda sizə bununla bağlı məlumat bildirəcəkdir.
Hotelimizdə qonaqlarımızın öz asudə vaxtlarını dəyərləndirməsi üçün Aquapark, kartinq, oyun konsolu, stolüstü oyunlar, tennis və futbol meydançası, velosiped kimi əyləncələr mövcuddur. Bunlardan kartinq və oyun konsolu ödənişli, digərləri isə tamamilə ödənişsizdir.
Uşaqlarınız hotelin Aquaparkında əylənə bilər. Həmçinin, hotel yaxınlığında yerləşən kartinq və playstation zalından da istifadə edə bilərsiniz.
Aquapark yaz və yay fəsillərində saat 18:00-dək fəaliyyət göstərir.
Bəli, mümkündür. Lakin, bir sıra əyləncələr hotel qonaqları üçün ödənişsiz olduğu halda, kənardan gələn şəxslər üçün ödənişli olacaqdır.
Kartinq həftənin hər günü saat 9:00-dan 20:00-dək fəaliyyət göstərir. 6 tur üçün ödəniş isə 5 AZN-dir.
Spa-Sağlamlıq Mərkəzi saat 9:00-14:00-dək hotel qonaqları üçün, 14:00-dan 18:00-dək isə kənar şəxslər üçün xidmət göstərir.
Xanımlar 1, 3 və 5-ci günlər saat 14:00-18:00-dək, Bəylər isə 2, 4 və 6-cı günlər saat 14:00-18:00-dək hovuzdan istifadə edə bilər.
Bəli, bununla bağlı personalımızdan ətraflı məlumat əldə etməyiniz mümkündür.
Digər suallarınız üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
+994602040055
+994602040033
+994602040065