Allergiya nədir?

Allergiya son dövrlərdə tez-tez qarşılaşdığımz, 20-30% yeni doğulmuş körpələrdə rast gəlinən bir xəstəlikdir.

Allergiya – immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. Bu yad maddələrə allergen deyilir. Allergiya, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə saatdan bir neçə günədək davam edə bilər.

Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır.

Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər: dərman preparatlarındna, həşərat sancmalarından və qida məhsullarından. Anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər. Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Bu allergiya növü orqanizmin hər hansısa bir qida məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir.

Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir. Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir. Allergik zökəm (mütəxəssislər bunu rinit adlandırır) 10 nəfərdən 1-də müşahidə olunur və bu adətən irsi keçmədir.

Belə allergiya əsasən kişilərdən çox qadınlarda yaranır. Allergik zökəm zamanı yaranan simptomlar: gözlərdə, burunda, boğazda və damaqda qaşınmalar, asqırma, burun tutulması, göz yaşarması, burundan axan seliklikli axıntı, konyuktivit (gözlərdə ağrı və qızartı). Bəzi ağır hallarda isə allergik zökəm astma yaradır (astmadan əziyyət çəkən insanlarda).

Allergiyanın yaranma səbəbləri

Bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenler) kəskin reaksiya verərək müxtəlif kimyəvi maddələr istehsal edir. Onlardan biri allergik  simptom yaradan histamindir. Orqanizmin reaksiyası (allergen, qida qəbulunda) tənəffüs və dəri kontaktı ilə yaranır. Allergenlər  heyvan tükləri, narın tüklər, müxtəlif ərzaqlar, toz, dərman preparatları, kosmetik məhsullar, siqaret tüstüsü ola bilər.

Allergiya zamanı profilaktik tədbirlər

Allergiyası olan insanlara allergiya yaradan məhsulları mmüəyyən etmək və onlardan uzaq durmaq tövsiyə olunur. Bu halda, yaşadığınıız ev hər zaman təmiz olmalı, toz, tük və gənələrdən təmizlənməlidir. Evi süpürərkən, tozsoranal təmizləyərkən, yataq dəstini dəyişərkən və ümumiyyətlə tozla bağlı digər işlərlə məşğul olarkən burnu təmiz tənzif və ya maskayla bağlamaq mütləqdir. Heyvanlara qarşı allergiyası olan insanların isə evdə heyvan saxlamasına icazə verilmir.

Əgər sizdə də ağır dərəcəli allergiya varsa ailə üzvlərinizi, iş yoldaşlarınızı və həkiminizi xəbərdar etməyi unutmayın.

Bizi sosial mediada izləyin:

           

Duzdağ Hotel, Duzdağ Şaxtası yolu, Naxçıvan, Azərbaycan

© 2022 - Duzdağ Hotel. Bütün hüquqlar qorunur