Faydalı
Astma necə müalicə olunmalıdır?
Xroniki ağciyər xəstəliyi olan astma, tətikləyici faktorlar səbəbindən insanın tənəffüs yollarında daralma və iltihab yaratması ilə bilinir.
Xırıltı, öskürək, nəfəs darlığı və döş qəfəsində sıxılma kimi əlamətlərə səbəb olan xəstəlik demək olar ki, hər yaşda müşahidə olunur. Bəs astmanın müalicəsi necə aparılmalıdır?
Astma erkən mərhələdə - yəni ağciyərlərdə qalıcı ziyan vurmadan asanlıqla idarə oluna bilən xəstəlikdir. Lakin, eyni zamanda olduqca ciddiyə alınmalıdır. Təəssüf ki, astma xəstəliyini tamamilə müalicə etmək mümkün olmasa da, astma tutmalarını azaltmaq və ya tamamilə aradan qaldrımaq üçün müalicə üsulları mövcuddur. Tətbiq edilən müalicə xəstənin yaşına, müalicəyə verdiyi reaksiyaya və ya astmanın şiddətinə görə fərqlənə bilər. Düzgün müalicə üçün xəstə ilk növbədə müayinə olunmalı, astmanın hansı mərhələdə olduğu müəyyən edilməli və düzgün diaqnoz qoyulmalıdır. Bu zaman, həkim ilk növbədə xəstəyə astmanın tətikləyiciləri və mümkün müalicə üsulları barədə məlumat verməlidir.
Astma müalicəsində həkimlər ilk növbədə dərman müalicəsinə üstünlük verir. Belə ki, bronxial genişlənmə bronxodilatator dərmanlarla təmin edilərkən, antiinflamatuar dərmanlarla hücumların sayını azaltmaq məqsədi daşıyır. Sözügedən astma dərmanlarını həkim tərəfindən təyin olunan dozada və vaxta istifadə etmək son dərəcə vacibdir. İnhalyasiya edilən dərmanların istifadəsi zamanı tam nəfəs almaq və nəfəsi bir müddət saxlamaq lazımdır. Yenidən istifadə etməzdən əvvəl ağciyərlərdəki hava tamamilə boşaldılmalıdıır.
Astmanın bir digər müalicəsi isə Naxçıvanda yerləşən duz mağarasında mümkündür. Dünyada sadəcə bir neçə olan bu cür möcüvəzi şaxtalardan biri də ölkəmizin incisi Naxçıvandadır. Duz mağarası dağın altında horizontal şəkildə yerləşdiyindən təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarmır. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Buraya gələn xəstələrin, təxminən 300 metr məsafəni qət etməsi isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
1947-ci ildən bəri fəaliyyət göstərən duz şaxtasında bugünədək 50.000-dək müştəri öz sağlamlığına qovuşmuşdur. Araşdıırmalara görə, duz mağarasında müalicə alan xəstələrin 75-80%-də sağalma müşahidə olunur. Siz də müalicə üçün heç düşünmədən mağaranı ziyarət edə və müalicədən yararlana bilərsiniz.