Duzun faydaları və zərərləri

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz duz, suyun buxarlanması nəticəsində əmələ gələn ağ və qoxusuz kristallara deyilir. 

Duz, təbiətdə tərkibində ən çox natrium olan qida növüdür. Eyni zamanda kalsium, kalium, sink və mis elementləri ilə də zəngindir. Duzun bəzi faydaları olsa da, miqdarının çoxluğu insan orqanizmi üçün zərərlidir. Buna görə də duzun xeyrindən faydalanmaq üçün miqdarına diqqət etmək lazımdır.

Duz, vücudda əksildiyi zaman bir çox xəstəliklərə səbəb olur. Duz mineralı əksildikdə isə əsəb sistemi yaxşı çalışmır, əzələ hərəkətləri gücsüz hala düşür. Təbii antibiotik olan duz, əksik olduğu zaman şəxsi depressiyaya da sala bilər.

Dünya Səhiyyə Təşkilatı böyüklərin və uşaqların nə qədər duzdan istifadə edə biləcəyi barədə məlumatlar açıqlayıb. Belə ki, məlumata əsasən tövsiyə edilən duz miqdarı 5 qramın altında olmalıdır. Çünki duzdan artıq istifadə zamanı da bir çox xəstəliklər yarana bilər.

Bunlar hansılardır?
 - Yüksək təzyiq
 - Ürək xəstəlikləri
 - İnfarkt
 - Su itkisi
 - Sümük əriməsi
 - Həzm pozğunluqları
 - Böyrək xəstəlikləri
 - Hormonal pozuntular.

 

Duz təbii mineraldır. Vücuddakı qan miqdarı və təzyiq səviyyəsi üçün vacibdir. Vücudun elektrolitini tənzimləyən duz, gərəkli olan miqdarda istifadə edildiyi təqdirdə vücudun asidini qoruyaraq əzələ tutulmalarının qarşısına keçər. Mütləq şəkildə itirilən duz geri alınmalıdır. Bu səbəbdən qidalanmağa diqqət göstərilməlidir.

Duzdan az istifadə edən insanlarda həddindən artıq bəlğəm ifraz olunur. Bu isə yuxu zamanı ağız suyunun axıntısına səbəb olur. Yatmazdan əvvəl duzlu su içmək serotinin hormonunu balanslaşdıraraq stress və gərginlik kimi xoşagəlməz halların qarşısını alır. Bundan əlavə, yuxu problemi olan insanlarda yuxunu tənzimləməyə kömək edir.

Duz həmçinin, egzema, göz xəstəlikləri, saç tökülməsi, həddindən artıq tərləmə, sümük xəstəliklərinin təbii müalicə üsullarında da istifadə olunur.

Bizi sosial mediada izləyin:

           

Duzdağ Hotel, Duzdağ Şaxtası yolu, Naxçıvan, Azərbaycan

© 2022 - Duzdağ Hotel. Bütün hüquqlar qorunur