Acarıstanlı uşaqlar Duzdağda

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əsasını qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində hər il Acarıstan Muxtar Respublikasından aztəminatlı ailələrdən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların təbii şəfa mənbəyi Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsi təşkil edilir.

Səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrdən olan 28 uşaq, onları müşayiət edən 7 valideyn və 1 həkim Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər.

Qonaqları Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov salamlayaraq, onların burada effektli müalicələrinə dövlət tərəfindən nəzarət olunacağını bildirib.

“Duzdağ” otelində yerləşdirilən acarıstanlı uşaqlar Duzdağ Fizioterapiya Mərkəzində müalicə alır, həmçinin muxtar respublikanın bir sıra gəzməli-görməli yerləri ilə tanış olurlar.

Bizi sosial mediada izləyin:

           

Duzdağ Hotel, Duzdağ Şaxtası yolu, Naxçıvan, Azərbaycan

© 2022 - Duzdağ Hotel. Bütün hüquqlar qorunur