"Sağlamlıq və Turizm" konferansı

Naftalan şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naftalanda “Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

İki gün davam edən konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna, Rusiya, Almaniyadan olan turizm, səhiyyə, sanatoriya – kurort sahələrinin mütəxəssisləri, dövlət və ictimai təşkilat nümayəndələri iştirak ediblər.

Konfransda, həmçinin, Nəqşicahan Holdinqin İnsan Resursları şöbəsinin müdiri Fuad Tahirli, Duzdağ hotelin müdiri Vurğun Səfərov və Duzdağ Hotel Fizioterapiya Mərkəzinin baş həkimi Amil Qasımov da iştirak edib. Tədbirdə Naftalının, eləcə də, digər regionların sağlamlıq turizm potensialı, mövcud turizm imkanlarının genişləndirilməsi, yeni turizm marşrutlarının yaradılması, habelə, ölkəmizin sağlamlıq və turizm xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi müzakirə edilib, xarici ölkələrin turizm və səhiyyə nümayəndələri ilə korporativ əlaqələr yaradılıb.

Bizi sosial mediada izləyin:

           

Duzdağ Hotel, Duzdağ Şaxtası yolu, Naxçıvan, Azərbaycan

© 2022 - Duzdağ Hotel. Bütün hüquqlar qorunur