Viza proseduru

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər (əcnəbilər) Azərbaycan Respublikasına öz pasportları ilə onlara beynəlxalq razılaşmalara uyğun olaraq verilmiş vizalar əsasında müəyyən edilmiş sərhəd zonalarından keçərək daxil ola bilərlər. Azərbaycan Respublikasının üzv olduğu dövlətlərarası qaydalarla müəyyən edilmiş bəzi dövlətlərin vətandaşları Azərbaycan Respublikasına vizasız daxil ola bilərlər.

 Vizaya müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:
  • 1 ədəd ərizə forması;
  • 2 ədəd rəngli foto (ağ fon, 3x4);
  • Əcnəbilərin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd;
  • Dəvətnamə məktubu, turist vizası üçün vauçer və ya turistin ziyarətini təsdiq edən digər sənəd;
  • Dövlət rüsumunun ödənişi haqqında qəbz.

Əcnəbi vətəndaşın pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlığının bitməsinə üç aydan az vaxt qalarsa, viza verilməyəcəkdir.

Azərbaycana ziyarət etmək istəyən turistlər elektron viza üçün aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər:

https://evisa.gov.az/az

Viza haqqında ətraflı məlumat

Bizi sosial mediada izləyin:

           

Duzdağ Hotel, Duzdağ Şaxtası yolu, Naxçıvan, Azərbaycan

© 2022 - Duzdağ Hotel. Bütün hüquqlar qorunur